Nəsimi ili ilə əlaqədar 650 min ağacın əkilməsi kampaniyası dekabrın 6-da gerçəkləşəcək

Nəsimi ili ilə əlaqədar Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi kampaniyası dekabrın 6-da gerçəkləşəcək. 

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, həmin gün Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək: " “Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək”.

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55