Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarına motosikletlər alınıb

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarına motosikletlər alınıb

"Report" xəbər verir ki, bunu Xidmətin rəisi Firuddin Əliyev deyib.

Onun sözlərinə görə, keçən il bəzi milli parklarda və qoruqlarda yanğın hadisələri baş verib.

Xidmət rəisi bildirib ki, yanğınların böyük hissəsi insan faktoru nəticəsində olub:

"Ərazilərdə süni su tutarlarının yaradılması, yanğınsöndürən avadanlıqların alınması, meşəlik ərazilərində yeni yolların, cığırların çəkilməsi planlaşdırılır. Müəyyən nəqliyyat vasitələri, yəni yanğına yerinə daha tez çatmaq üçün Xidmətin əməkdaşları motosikletlərlə təmin olunub. Aidiyyəti qurumlarla birgə rəsmi sənədlər də imzalanıb".

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24