Biləsuvarın Xırmandalı kəndində zibillik ərazi təmizlənib

Biləsuvarın Xırmandalı kəndində zibillik ərazi təmizlənib.

"Report"un Muğan bürosunun bu barədə kənd sakinləri məlumat verib.

Belə ki, Biləsuvar rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşları tərəfindən Balharı çayının Xırmandalı kəndi ərazisindən keçən hissəsində təmizlik və abadlıq işləri aparılaraq, çaya atılan tullantılar təmizlənmiş və ərazidən çıxarılaraq məhv edilib.

Qeyd edək ki, bir müddət öncə bu problemlə bağlı kənd sakinləri "Report"un yerli bürosuna müraciət etmişdilər. Onların sözlərinə görə, aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, problem həllini tapmırdı. Məsələ "Report"da işıqlandırıldıqdan sonra məişət tullantıları ərazidən daşınıb və abadlaşdırılıb.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22