Biləsuvarda qanunsuz ov etmək istəyən şəxslər 3000 manat cərimələniblər

Bakı. 7 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən şəxsləri saxlayıblar. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Cənnət Zamanov, Ruxi Hüseynov və Zərdab rayon sakini Cavid Sadıqov olduğu müəyyən edilib və onlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq edilib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24