Biləsuvarda məişət tullantıları anti-sanitariya vəziyyəti yaradıb

Biləsuvarın Xırmandalı kəndində zibil problemi yaşanır.

Bu barədə "Report"un Muğan bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, məişət tulantılarını atmaq üçün nə xüsusi bir yer var, nə də ki, qutular:

"Bu səbəbdəndə zibillər bura atılır. Bura artıq zibilliyə çevrilib. Aidiyyəti qurumlara müraciət etmişik. Ancaq problemə baxan yoxdur. Zibilliyin ərafında it-pişik götürüb, iydə bir tərəfdən. Burda olan sahibsiz itlərdə bəzən bizə hücum çəkir".

Məsələ ilə bağlı Xırmandalı kənd bələdiyyəsindən bildirildi ki, məsələdən agahdırlar:

"Yaxın günlərdə texnika ayrılacaq və problem həll olunacaq".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34