Biləsuvarda içməli su problemi yaşanır

Biləsuvar rayonunun Xırmandalı kəndində su problemi yaşanır.

"Report"un Muğan bürosuna bu barədə kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, kəndin bir hissəsinin, 7 minə yaxın əhalinin içməli su və əkin sahələrini suvarmaq problemə çevrilib:

"Əkin sahələrimizi suvara bilmirik. Əkdiyimiz məhsullar məhv olub gedir. Həyatyanı sahələrimizidə suvarmaqda çətinlik çəkirik. İçməli sudan da demək olar ki, istifadə edə bilmirik".

Məsələ ilə bağlı olaraq, Biləsuvar Su Kanalı Sahəsindən bildirildi ki, su ilə bağlı yaranan problem yaxın zamanlarda öz müsbət həllini tapacaq.

Digər xəbərlər

Sabah 33 dərəcə isti olacaq 12 sentyabr, 2026 / 12:22
Sabah Bakıda 28 dərəcə isti olacaq 10 sentyabr, 2026 / 12:26