Bəzi yerlərdə gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran və Qəbələdə 5, Bakıda və Abşeron yarımadasında 3, Quba, Qusar, Qax və Şəkidə 2, Kəlbəcər, Göyçay, Zaqatala, Şahbuz, Oğuz, Altıağac, Sabirabad, Şirvan, Şamaxı, Şabran və Xaltanda 1 mm-dir.

Sumqayıt, Daşkəsən, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Zaqatala, Balakən, Qax, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Tərtər, Qusar, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19