Bəzi rayonlara yağış yağıb, güclü külək əsib

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Gəncədə 11, Şəmkir, Sarıbaş (Qax), Balakən, Oğuzda 4, Şəkidə 2, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir.

İyulun 16-da bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Gəncədə 20, Culfada 19 m/s-yə çatıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38