Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 8-9-da əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər

Sabah 37 dərəcə isti olacaq 09 iyul, 2026 / 12:27
Sabah 37 dərəcə isti olacaq 06 iyul, 2026 / 12:23