Bəzi ərazilərdə leysan yağış yağıb, Vəlvələçayda sel müşahidə olunub

Saat 18:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Gədəbəy rayonunda saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.

Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37