Bəzi çaylarda suyun səviyyəsi artıb

Bəzi çaylarda suyun səviyyəsi artıb.

"Report" avtomat hidroloji stansiyalara istinadən xəbər verir ki, saat 9:00-a olan məlumata əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 22 sm, Katexçayda 9 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 8 sm, Oxçuçayda isə 3 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 236 m3/san olmaqla normanın 58%-ni Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 17 sm artıb, su sərfi 155 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37