Bəzi çaylarda suyun səviyyəsi artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

"Report"un məlumatına görə, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 10 sm, Tutqunçayda 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb.

Kür çayının aşağı axınında Kür-Zərdab məntəqəsində 17 sm artım, su sərfi 641 m3/san, normanın 207%, Kür-Surrada 32 sm artım, su sərfi 461 m3/san, normanın 63%-ni, Kür-Şirvanda 38 sm, Kür-Salyanda 70 sm, Kür-Bankədə 36 sm artıb.

Transsərhəd çaylarında Qanıx çayı 2 sm artıb, su sərfi 255 m3/san normanın 152%-ni təşkil edir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37