Bəsitçay Dövlət Təbiət Qoruğunda 30 ha ərazi minalardan təmizlənib

Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpası istiqamətində görülən işlər çərçivəsində həmin ərazilərin minalardan təmizlənməsi işləri davam edir.

"Report" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, artıq 30 ha yaxın ərazi minalardan təmizlənib: "Aidiyyəti qurumların nümayəndələri əraziyə bir neçə dəfə səfər ediblər. İlkin invertarlaşma işləri həyata keçirilib və dəymiş ziyanın məbləği müəyyənləşib. Nazirlik qoruğun işçi ştat cədvəlinin hazırlanması, mühafizə postlarını yerləşəcəyi ərazinin müəyyənləşməsi, xəritələri tərtib edib. Qoruğunun yaradılması istiqamətində görülən işlər mərhələli şəkildə davam edir".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38