Nazirlik: Bayram günlərində hava şəraiti yağmursuz olacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ Bayram günlərinə - 2018-ci il dekabrın 31-nə və 2019-cu il yanvarın 1-nə olan ilkin proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 7-10, 31-dən yanvarın 1-nə keçən gecə 2 dərəcəyə yaxın isti olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20