Bayram günlərinə olan hava proqnozu açıqlanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bayram günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, iyun ayının 15-də və 16-ı gündüz saatlarında ölkədə hava şəraiti sabit keçəcək: "Növbəti iki gündə hava əsasən yağmursuz olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25-30, Mərkəzi Aran rayonlarında 30-35, dağlıq ərazilərdə 17-22 dərəcə təşkil edəcək".

Onun sözlərinə görə, lakin 16-sı axşam isə bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.

Qeyd edək ki, iyun ayının 15-i Azərbaycanda Milli Qurtuluş Günüdür. Bu ilin iyunun 15 və 16-da isə Ramazan bayramı qeyd olunacaq. 

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55