Varvara su anbarında qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Varvara Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Report"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Həbil Yusubov və Məhəmməd Allahverdiyev olduğu müəyyən edilib.

Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Sabah 37 dərəcə isti olacaq 14 avqust, 2026 / 12:22
Sabah rayonlara yağış yağacaq 13 avqust, 2026 / 12:35
Sabah 37 dərəcə isti olacaq 12 avqust, 2026 / 12:50