Bakıya sulu qar yağacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.

O bildirib ki, yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.

G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

"Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir", - deyə o vurğulayıb.

Digər xəbərlər

Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31
Sabah hava yağmursuz olacaq 25 fevral, 2026 / 12:31
Sabah hava çiskinli olacaq 24 fevral, 2026 / 12:27
Sabah Bakıda hava çiskinli olacaq 23 fevral, 2026 / 12:23