Bakıda yoxa çıxmış ağacın yerində yenisi əkilib

Bakının Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində “Azadlıq Bağçalı evlər” adlı yaşayış kompleksinin hasarlanmış ərazisinin kənarındakı səkidə yoxa çıxmış ağacın yerində yenisi əkilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb:

"Araşdırma zamanı sözügedən ünvanda bioloji inkişafdan qalmış ağacın güclü külək nəticəsində aşdığı və 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən götürüldüyü müəyyən edilib.

Xidmətin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən aşmış ağacın yerinə şərq çinarı ağacı əkilib".

13:33

Bakının Azadlıq prospektində “Azadlıq Bağçalı evlər” adlı yaşayış kompleksinin hasarlanmış ərazisinin kənarındakı səkidə ağac kəsilib.

“Report” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Paylaşımlarda qeyd olunub ki, həmin ərazidə səkidə olan ağaclar ilk olaraq budanır, müəyyən müddətdən sonra isə tamamilə ərazidən götürülür.

Paylaşılan fotolarda ərazidə olan səkidə daha bir neçə ağacın da budandığı əks olunub.

Məsələ ilə bağlı əlaqədar qurumun rəsmi açıqlama verəcəyi gözlənilir.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24