Bakıda və Abşeronda dumanlı hava şəraiti müşahidə olunur

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Xəzər dənizi üzərində formalaşan duman cənub-şərq küləkləri vasitəsilə quruya doğru hərəkət etmişdir. Gündüz saatlarında havanın temperaturunun yüksək olması, gecə isə temperaturun aşağı enməsi (inversiya) nəticəsində yerə yaxın təbəqədə dumanın əmələ gəlməsinə səbəb olub.

Şabran, Cəfərxan, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 300-500 metrədək məhdudlaşıb.

Dumanlı hava şəraiti martın 30-u gündüzədək davam edəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37