Bakıda və Abşeron yarımadasında gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-i gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 19-22 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24