Bakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

Bakıda növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

"Report" xəbər verir ki, festival “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava meşə-parkı ərazisində təşkil olunub.

Festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2410 litr olan plastik, 207 litr olan şüşə və 249 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Tədbir zamanı vətəndaşlar həsir çantalara müxtəlif dizaynlar edib, uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekokönüllülər tərəfindən kətan üzərində rəsmlər çəkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38