Bakıda “Tullantıları hədiyyələrə dəyiş” adlı festival keçiriləcək

Martın 17-də Qlobal Təkrar Emal Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” adlı festival keçiriləcək.

“Report” xəbər verir ki, tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edə biləcəklər.

Hədiyyələrə müxtəlif növ ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti daxildir.

Məlumata görə, maraqlı viktorinalar, müxtəlif müsabiqələrin də təşkil olunacağı festivala tullantıları gətirərək həm təbiətə töhfə vermək, həm də müxtəlif hədiyyələr qazanmaq mümkündür. Qeyd olunub ki, tədbir təkrar emal təbii sərvətləri qorumağa kömək edən, ekoloji cəhətdən təmiz və yaşıl planetin yaranmasına töhfə verən bir prosesdir.

Təşkilatçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlərdə hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırlar.

Hüseyn Cavid adına parkda baş tutacaq tədbir saat 12:00-dən 15:00-ə kimi davam edəcək.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38