Bakıda sürüşmənin ən çox baş verdiyi ərazilər açıqlanıb

“Bakı və Abşeronda sürüşmə əsasən Zığ və Əhmədli massivi, Qaraçuxur, Günəşli, Masazır və Badamdar zonalarında tez-tez müşahidə edilir”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, insan faktoru və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikası süni şəkildə artır: “İlk növbədə, böyük su itkilərinin, yamacların istismarı zamanı kəskin kəsilmələrin qarşısının alınması və yüklənmələrin maksimal dərəcədə azaldılmasına ehtiyac var”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37