Bakıda restoranın həyətində ağac qanunsuz kəsilib

Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən "Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.

O bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi aşkarlanıb: "Faktla bağlı akt tərtib edilib. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24