Umayra Tağıyeva: "Bakıda qar yağacaq"

"Son zamanlar sinoptik-meteoroloqlar konkret region üçün səciyyəvi olmayan hava kütlələrinin nadir, bəlkə də bu vaxtlaradək görünməyən, kionfiqurasiya və hərəkət istiqamətləri ilə qarşılaşır. Belə proseslərdən biri dekabrın 23-24-də gözlənilir".

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, adətən qışda soyuq hava kütlələri ölkə ərazisinə şimal-qərb, şimal və ya şimal-şərqdən, yəni Skandinaviya və ya Yeni Torpaq ərazilərindən daxil olaraq havanın xeyli soyumasına və qar yağmasına səbəb olur: "Bu dəfə Şərqi Sibir ərazisində temperaturun normadan 17 dərəcəyədək enməsinə səbəb olan anomal soyuq antisiklonun qolu, hava kütlələrinin adətən qərbdən şərqə axınının əksinə olaraq, şərqdən qərbə uzanaraq ayın 23-24-də bizim regiona çatacaq”.

Onun sözlərinə görə, 23-24 dekabrda Abşeron yarımadası və Bakıda sulu qar, qar gözlənilir: "Lakin temperatur rejiminin 8-10 dərəcəyədək enməsinə baxmayaraq, havanın temperaturunun müsbət 3 dərəcəyə yaxın olması davamlı qar örtüyünün yaranmasına imkan verməyəcək".

Digər xəbərlər

Sabah yağış yağacaq - PROQNOZ 02 mart, 2026 / 12:32
Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31
Sabah hava yağmursuz olacaq 25 fevral, 2026 / 12:31
Sabah hava çiskinli olacaq 24 fevral, 2026 / 12:27