Bakıda qanunsuz tullantıya görə iki nəfər cərimələnib

Bakı. 27 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "Report" verilən məlumata görə, reyd zamanı Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İlqar Hüseynova məxsus “FORD” markalı 99-XX-180 və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Asif İskəndərova məxsus “Kamaz” markalı 90-JA-219 dövlət qeydiyyat nişanlı avtomobillərin sözügedən ərazilərə qeyri-qanuni tullantı boşaltdığı aşkar edilib.

Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək fiziki şəxs qismində hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37