Bakıda parkda ağaclar niyə kəsilib? - AÇIQLAMA

Bakıda parkda ağacların kəsilməsi qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, hadisə Suraxanı rayonu ərazisində yerləşən “Neftçilər” parkında qeydə alınıb.

Videogörüntülərdə bir neçə ağacın kəsildiyi əks olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov “Report”a açıqlamasında deyib ki, “Neftçilər” parkında 7 ağac kəsilərək götürülüb:

“Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həyata keçirilib. Həmin ağaclar xəstə olduqları üçün tam qurumuş idi. Xəstəliyin digər ağaclara keçməsinin qarşısının alınması üçün quru ağaclar oradan götürülüb. Parkda kəsilən ağacların yerinə isə 15 ədəd cavan ağac əkilib”.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24