Azərbaycanda yağış, sulu qar yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Oktyabrın 6-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında oktyabrın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20