Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA

Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 12-si saat 09:00-a olan məlumatında qeyd edilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34