Bakıda küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatda qeyd edilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 26, Goranboyda 23, Mingəçevirdə 22, Tovuz, Şahdağda 20, Kəlbəcər, Bərdə, Ağdamda 18, Şabran, Tərtərdə 16, Lerik, Oğuz, Şəki, Yevlaxda 15 m/s-yə çatır.

Daşkəsən, Gədəbəy, Gəncə, Mingəçevir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Quba, Şahdağ, Qusar, Qax (Sarıbaş), Şabranda arabir yağış yağır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38