Bakıda çirkab suyu gölə axıdan şəxs cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-dən "Report"a verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində keçirilmiş növbəti belə tədbir zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə rayon ərazisindəki gölə çirkab sularını axıtması faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduğuna görə E.Əmirov barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22