Bakıda Beynəlхalq Yer Günü ilə əlaqədar iməcilik keçirilib

Bakı. 22 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 aprel - Beynəlхalq Yer Günü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında, əvvəlki "Binə" ticarət mərkəzinin ərazisində iməcilik keçirib.

Nazirlikdən “Report”a verilən məlumata görə, iməcilikdə qurumun əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyada sözügedən ərazinin 55 hektar sahəsində abadlıq işləri görülüb, o cümlədən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Qeyd edək ki, 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da nazirliyin yerli qurumları tərəfindən iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Xatırladaq ki, Beynəlxalq Yer Gününün keçirilmə ənənəsi XIX əsrin ikinci yarısına təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi ABŞ-ın Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən sonra isə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılmışdı.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34