Bakı səmasında Günəş ətrafında nəhəng dairə müşahidə olunub - FOTO

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub.

“Report”un xəbərinə görə, bu hal bir neçə dəqiqə davam edib. 

Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Qeyd edək ki, Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Xatırladaq ki, yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində bu təbiət hadisəsi müşahidə olunub.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37