Ağacları məhv edən tikinti şirkəti cəzalandırıldı

Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

"Report"un məlumatına görə, xidmətin rəisi Hikmət Əlizadə həmin ünvanda “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14 880 manat məbləğində ziyan dəydiyini deyib. 

O qeyd edib ki, faktla bağlı MMC barəsində akt tərtib edilib: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Qeyd edək ki, “Real-Park” MMC tikinti şirkətidir.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37