Bakıda ağaclardakı xəstəliklərlə bağlı monitorinqə üç ölkədən mütəxəssislər cəlb olunub

Bakıda ağaclardakı xəstəliklərlə bağlı monitorinqə üç ölkədən dəvət olunan mütəxəssislər cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri biokimyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru Həsən Babayev məlumat verib.

Onun sözlərinə görə, paytaxt ərazisində ötən il 3 min ağac kəsilərək utilizasiya edilib. Xəstə ağaclarla bağlı sualları cavablandıran laboratoriya müdiri söyləyib ki, bunlar əsasən eldar şamı, sərv və ümumilikdə iynəyarpaqlıları əhatə edir:

"Ağacların xəstələnməsi və quruması bu yaxınlarda deyil, illər öncə baş verib. Xəstəliklərlə mübarizə isə 2021-ci ilin sonlarından başlayıb. Qurumuş 94 ağac üçün rəy verilərək onlardan 65-i götürülüb".

H.Babayev bildirib ki, ağaclarda olan xəstəliklər təkcə Azərbaycanda qeydə alınmayıb. Onun sözlərinə görə, Gürcüstanda, Türkiyədə, Rusiyada, İspaniyada, ABŞ-da, Almaniyada, Yunanıstanda və digər ölkələrdə də buna qarşı mübarizə aparılır.

Mərkəzi Nəbatat Bağının rəsmisi vurğulayıb ki, alimlər və mütəxəssislər tərəfindən ağaclardakı xəstəliklərlə bağlı işlər davam etdirilir. O qeyd edib ki, Türkiyədən, Rusiyadan və İsraildən olan mütəxəssislər monitorinq üçün Azərbaycana dəvət olunub:

"Biz mütəmadi olaraq ağacları müayinə edirik. İnyeksiya olunmuş ağaclarda müəyyən inkişaf var. Belə ki, ağaclarda olan quruma və digər mənfi proseslər inyeksiya vasitəsilə dayanır. Xəstəliyi olan və sağalmayan ağaclar isə utilizasiya olunur”.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24