Bakıda ağac kəsintisi ilə bağlı toplanan sənədlər prokurorluğa göndərilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi İlə reyd keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində köküstə yaş 44 sm diametrliyində söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Suraxanı rayon sakini Allahverdi Rzayev tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 1800 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Suraxanı rayon Prokurorluğuna göndərilib.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38