Bakı və Abşeronda tullantıların qalaqlanmasına görə akt tərtib olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən kərpic zavodunun ətrafında və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tullantıların qalaqlanması faktları aşkarlanıb.

Xidmət rəsmisi Xaliq Mirzəyev "Report"a bildirib ki, araşdırma zamanı tullantıların “Kamaz” markalı 99-TU-309, "JAC" markalı, 01-BL-992 və "ZİL” markalı, 42-BH-423 dövlət nömrə nişanlı yük avtomobillərindən sözügedən ərazilərə boşaldıldığı məlum olub.

Faktlarla bağlı akt tərtib olunub.

Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34