Bakı şəhərinin üzərini su buxarı bürüyüb - FOTO

Bakı. 4 iyul. REPORT.AZ/ Gecə saatlarında Bakı şəhərinin üzərini su buxarı bürüyüb.

“Report” xəbər verir ki, havada duman şəklini alan buxar əsasən, paytaxtın dənizkənarı ərazilərində müşahidə olunub.

Bu, Neftçilər prospekti, İstiqlaliyyət küçəsi, "Statistika" dairəsi və Nəriman Nərimanov heykəlinə yaxın olan ərazilərdə sürücülərin görmə məhdudiyyətini aşağı salıb.

Yerli sakinlər bunu havaların son günlər kəskin isti keçməsi və bu səbəbdən dənizdə buxarlanmanın çoxalması ilə izah ediblər.

FOTO: Ruslan Məmmədov

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37