Azərbaycanlı alpinist dünyanın 5-ci ən hündür zirvəsində bayrağımızı dalğalandırıb

Everesti və şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlı Nepalda yerləşən Makalu zirvəsini fəth edərək bayrağımızı dalğalandırıb.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Hündürlüyü 8 485 metr olan Makalu dünyanın 5-ci ən hündür zirvəsidir və səkkiz minliklər arasında ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i burada uğur qazana bilir.

Bu, İsrafil Aşurlının fəth etdiyi sayca 6-cı səkkiz minlik zirvədir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24