Azərbaycanla Türkiyə meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlıq edəcək

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə meşələrin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişmələri təsirlərinin azaldılması, hidrometeorologiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin görüş çərçivəsində iki nazirlik arasında meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun tətbiqinə dair İkiillik (2021-2023-cü illər) İş Proqramları imzalanıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02