Azərbaycanla Böyük Britaniya ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanla Böyük Britaniya ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı müzakirə edib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb. Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34