Azərbaycanla BMT arasında iqlim dəyişikliyinin təsirləri müzakirə edilib

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev və BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer iqlim dəyişikliyinin nəticələrini müzakirə ediblər.

“Report”un məlumatına görə, bu barədə dünya təşkilatının nümayəndəsi özünün “X” sosial şəbəkədəki səhifəsində yazıb.

Azərbaycanın BMT-dəki yeni daimi nümayəndəsi, səfir Tofiq Musayevlə görüşmək mənim üçün böyük şərəfdir. COP29-dan sonra iqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsirini müzakirə etdik”, - F.Bauer qeyd edib.

Tərəflər həmçinin Azərbaycanda demoqrafik dayanıqlığın artırılması üzrə birgə işi müzakirə ediblər.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02