Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb - FOTO

Zaqatala. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 25-dən 26-ə keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürüb.

Bölgəyə fasilələrlə yağış yağıb, bölgənin düzənlik ərazilərində havanın hərarəti müsbət 8 dərəcəyə qədər aşağı düşüb. Oktyabrın 26-dan 27-ə keçən gecə isə Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə ilk qar yağıb.

Bundan əvvəl Qəbələ rayonu ərazisində zəlzələ olub.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58