Azərbaycanın milli parklarında velosiped yolları salınacaq

Bakı. 30 iyun. REPORT.AZ/ “Tapşırıq veriləcək ki, bütün milli parklarda velosiped yolları salınsın”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

O bildirib ki, velosiped yollarının salınması ideyası müsbətdir: “Bu, bir qədər vaxt aparan işdir. Elə ərazilər var ki, bir aya iki marşrut salmaq olar. Amma elə yerlər də var ki, möhkəmləndirilmə işləri aparılmalıdır”.

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55