UNESKO-nun tədbirində Azərbaycanın milli parkları və palçıq vulkanlarına həsr olunmuş guşə nümayiş etdirilir

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bu gün də öz işini davam etdirir. 

"Report"un məlumatına görə, sessiyada müzakirə olunan mövzular arasında mədəni, tarixi və təbiət abidələrinin qorunmasının beynəlxalq əhəmiyyəti məsələsi də yer alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanın milli parkları və palçıq vulkanlarına həsr olunmuş guşəsi də sessiyada nümayiş etdirilir. Sessiya iştirakçıları Nazirliyin təqdim etdiyi guşə ilə tanış olur və qonaqlara Azərbaycanın milli parkları haqqında məlumat daşıyıcı bukletlər paylanılır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02