Şamaxı və Xızıda zəlzələ olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Şamaxı və Xızıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

16:15

Şamaxı və Xızıda zəlzələ qeydə alınıb.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla 16:02-də qeydə alınan zəlzələnin maqnitudası 3.7, dərinliyi 7 km olub. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Yerli vaxtda 16:04-də qeydə alınan ikinci təkanın isə maqnitudası 3.1, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24