Azərbaycanda yeni su anbarları inşa ediləcək

“Azərbaycanda 140-dan çox su anbarı var. Həmin anbarlarda təxminən 21,9 milyard kubmetr su var”.

“Report” xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, mövcud su anbarlarında kifayət qədər su ehtiyatı var: “Son dövrlər yağıntıların az olması anbarlarda suyun azalmasına səbəb olub. Görülən tədbirlər çərçivəsində ehtiyat suları stabilləşdirmək mümkün olub”.

Şöbə müdiri bildirib ki, dövlət başçısının müvafiq sərəncamı ilə 10 su anbarının yenidən qurulması və ya yenisinin inşası nəzərdə tutulur: “Həmin su anbarlarının texniki iqtisadi əsaslandırılması hazırlanır. Yaxın illərdə həmin su anbarlarının tikintisinə başlanılacaq”.

Digər xəbərlər

Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31
Sabah hava yağmursuz olacaq 25 fevral, 2026 / 12:31
Sabah hava çiskinli olacaq 24 fevral, 2026 / 12:27
Sabah Bakıda hava çiskinli olacaq 23 fevral, 2026 / 12:23