Azərbaycanda Türk Dövlətləri Milli Ağaclandırma Günü münasibətilə 111 min 111 ağac əkilib

Azərbaycanda 11 noyabr - Türk Dövlətləri Milli Ağaclandırma Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub, 111 min 111 ağac əkilib.

"Report"un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin başlatdığı və hər il ənənəvi olaraq keçirilən ağacəkmə aksiyası Bakıda Müşfiqabad qəsəbəsində də baş tutub, Tədbirdə Türkiyə, Qırğızıstan və Şimali Kiprin nümayəndələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, tərəfdaş təşkilatlar və könüllülər iştirak ediblər.

Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02