Azərbaycanda son iki gündə yağıntının miqdarı açıqlanıb

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi martın 7-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Qubanın dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24,Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14,Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11,Kiçik Qafqazda1-6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17