Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20